sun-tea-cay-fabriki

"Azərsun Holdinq" müəssisəsi olaraq, 1996-ci ildə  fəaliyyətə başlayan “Sun Tea Çay Fabriki” ümummilli lider Heydər Əliyevin iştirakı ilə istismara verilib. 

İllik 15000 ton istehsal gücünə malik olan fabrikdə 180-200 nəfər işçi qüvvəsi çalışır. 

Müəssisə regionda ən müasir texnologiyaya sahib, yüksək istehsal gücü ilə fəaliyyətə başlayan çay  qablaşdırma fabriklərindən biridir. 

Fabrikdə dəmir qutu, karton qutu, şəffaf paket, eləcə də birdəfəlik qablaşdırmalarda qara çay, yaşıl çay, meyvəli və bitkili çayların geniş məhsul çeşidləri istehsal edilir.

Müəssisənin tərkibində Azərbaycanın subtropik ərazilərdən olan Lənkəran bölgəsində ilkin çay emalı fabriki,  Astara bölgəsində 15 hektar çay əkin sahələri, Masallının Kolatan kəndində 100 hektar ərazidə çay plantasiyası var. Bu müəssisələrdə mövsümə uyğun olaraq, 60-100 nəfər işçi çalışır.

Fabrikdə "Azerçay", "Maryam", "Final", "Berqa", "Golden Pasha", "Pürrəngi" adlı çay markaları  200-ə yaxın məhsul çeşidi ilə istehsal olunur. 

Yüksək keyfiyyətli çay markalarımızın çeşidləri dünya bazarında çox böyük rəğbət qazanaraq Rusiya, Ukrayna, Belarus, Litva, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, ABŞ, Avropa, Çin, İraq, Ərəbistan kimi ölkələrin çay bazarında mövcuddur. 

Ətirli və ləzzətli çayların istehsalçısı olan “SunTea Çay Fabriki” MMC fəaliyyətə başladığı gündən bir çox beynəlxalq sertifikatlara layiq görülüb. Keyfiyyət İdarəetmə Sistemi TSE-EN-İSO 9001, Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemi TSE-EN-İSO 14001, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik İdarəetmə Sistemi TSE-EN-İSO TSE 45001, Qida Təhlükəsizliyi İdarəetmə Sistemi TSE-EN-İSO 22000 sertifikatları bunun göstəricisidir.