Xammalın istehsalata daxil olmasından hazır məhsulun istehlakına qədər bütün mərhələlərdə Keyfiyyət və Qida Təhlükəsizliyi bizim üçün ən prioritet sahədir.
Bu məqsədlə biz aşağıdakı fəaliyyətləri daim icra və nəzarətdə saxlayırıq:
- Keyfiyyətli və qida təhlükəsizliyi tələblərinə uyğun məhsul istehsalını təmin etmək üçün Dövlət qanunlarını, milli və beynəlxalq standartların tələblərini bütün işçilərimizin iştirakı ilə tətbiq etmək və bu sistemlərin effektivliyini davamlı olaraq yaxşılaşdırmaq;
- Qida zənciri boyunca məhsulun təhlükəsizliyini təmin etmək;
- Beynəlxalq standartlara əsaslanan İdarəetmə Sistemlərinin inkişafına müsbət təsir göstərən qabaqcıl metodlardan istifadə etməklə, müasir texnika və texnologiyaların tətbiqini təmin etmək;
- Standartların tələblərinə uyğun, yüksək keyfiyyətli və etibarlı məhsul istehsal etmək;
- Gigiyena, ətraf mühitin mühafizəsi, insan sağlamlığı və əməyin təhlükəsizliyi qaydalarına riayət etməklə lider müəssisə olmaq;
- İşçilərin bilik, bacarıq və peşə təcrübələrinin təlim və həvəsləndirmə yolu ilə artırılmasını təmin etmək;
- Müştəri məmnuniyyətini əsas götürərək, davamlı inkişafa nail olmaq;
- Fəaliyyətimiz çərçivəsində mövcud risk və aspektləri qiymətləndirərək, müvafiq qabaqlayıcı tədbirlər görmək, təhlükəsiz və etibarlı iş mühiti yaratmaq və onun davamlılığını təmin etmək.
Bundan əlavə, zərurət yarandıqda digər operativ tədbirlərin görülməsi də fəaliyyət sahəmizə daxildir.