az | eng | ru | tr
Sertifikatlar
ISO 9001:2000 - KEYFİYYƏT İDARƏETMƏ SİSTEMİ

Azərbaycan Respublikasında və holdinqinmizdə ilk dəfə olaraq 1999 ilin iyun ayında "Sun Tea Azerbaycan" çay paketləmə fabriki 1994 versiyalı ISO 9000 Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layiq görülmüşdür. ISO 9000 standartı hər 5 ildə bir dəfə ISO tərəfindən lazımlı, ehtiyac duyulan təftişlər edilərək həyata keçirilir. ISO 9001 müəssisənin, müştərilərin ehtiyaclarını qarşılamaq yolunda müştəri məmnuniyyətini artırmaq üçün keyfiyyətin idarəetmə sistemində hansı şərtlərin təmin olunmasının lazım olduğunu nümayiş etdirməkdədir. 2000 rəqəmi, bu standartın 2000-ci ildə dəyişdirilib, yeni variant ilə yayımlandığını göstərən tarixdir. (ISO 9001:2000 variantı)
HACCP HOLLANDA - QİDA TƏHLÜKƏSİZLİYİ İDARƏETMƏ SİSTEMİ

HACCP (Harard Analysis - Critical Control Points .. Kririk Nəzarət Nöqtələrində Təhlükə Analizləri) qida güvənliyi tədarük, istehsal və paylaşdırmanın bütün mərhələlərində, xam maddədən hazır məhsulun istehlakına qədər fiziki, kimyəvi və bioloji təhlükələri müəyyən edərək nəzarət altına alan və davamlılığı təmin edən idarəetmə sistemidir. İnsan sağlamlığına mənfi təsir göstərə biləcək ünsürlərin zərərsizləşdirilməsi üçün tədbir alınması HACCP-in məqsədidir.
ISO 14001

ISO 14001 bir şirkətin ətraf mühitə göstərdiyi təsirinin və bunun inkişafı yollarının yoxlanmasını təmin edən bir beynəlxalq standartdır. ISO 14001 bir müəssisənin ətraf mühit siyasətini və bu siyasətin nümayiş etdirməsini təmin edir. Tullantıların mövcud və ya potensial risklərinin daha da sistematik olaraq azaldılması üç00FCn nəzərdə tutulan idarə olunma tərzinə Çevrə İdarəetmə Sistemi adı verilir.
ISO 18001 ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TEXNİKİ TƏHLÜKƏSİZLİYİN İDARƏETMƏ SİSTEMİ

ISO 18001 - işçi sağlamlığı və iş güvənliyi standartıdır. İş yerlərində istehsal zamanı müxtəlif səbəblərdən sağlığa zərər verə biləcək qəza və digər təhlükələrdən qorunmaq məqsədilə sistemli və əsaslı çalışmalara İşçi sağlamlığı və İş güvənliyi deyilir.
   Developed and Supported by SilverKey Azerbaijan